ABŞ-ın Ədliyyə Nazirliyi keçmiş prezidenti Donald Trampın tərəfdarlarının hücumu nəticəsində Kapitoliyaya vurulan ziyanı 1.5 milyon dollar olaraq qiymətləndirib. Banker.az bu barədə “Kommersant”a istinadən xəbər verir.
Zərərin qiymətləndirilməsi qiyam iştirakçılarından birinin məhkəmə sənədlərində təqdim olunub. Prokurorluq bu məbləği müttəhimlərdən almaq istəyir. Daha az ağır cinayətlərdə təqsirli bilinənlər 500 dollar, daha ağır cinayətdə təqsirli bilinənlər 2 min dollar ödəyəcəklər.
Kapitoliyanın baş memarının nümayəndələri hesablamaların təxminlərə əsaslandığını təsdiq ediblər. Bildirilir ki, basqın nəticəsində sənət əşyaları və tarixi dəyərli mebel zədələnib.
Xatırladaq ki, 6 yanvar tarixində Trampı tərəfdarları Vaşinqtonda Kapitoliyaya hücum edib. Onlar Co Baydenin prezident seçkilərindəki qələbəsinin ləğv edilməsinə nail olmağı planlaşdırıblar. Nəticədə beş nəfər həlak olub. Kapitoliyaya edilən hücum Donald Trampın ikinci impiçmentinə səbəb olsa da, Senat ona bəraət qazandırıb