10 C
Baku
Monday, November 18, 2024

ABŞ karantindən “silah kimi” istifadə edir – Çindən açıqlama

ABŞ Çinin ən böyük şəhəri olan Şanxayda karantin tətbiqi ilə əlaqədar Şanxaydakı Xarici İşlər əməkdaşlarına şəhəri tərk etmək təlimatı vermişdi. ABŞ-ın qərarı ilə bağlı Çindən verilən açıqlamada Şanxaydakı karantindən “silah kimi” istifadə edildiyi bildirilib.

Banker.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bunları Çin Xarici İşlər Nazirliyinin sözçüsü Zhao Lijian çərşənbə axşamı verdiyi açıqlamada deyib.

“Çin Xarici İşlər Nazirliyi ABŞ konsulluğunun qərarına qəti şəkildə etiraz edir. ABŞ-ın təxliyə qərarı siyasi qərardır və Şanxaydakı karantin tətbiqindən “silah” kimi istifadə edilir. Biz bununla bağlı kəskin narazılığımızı bildiririk. ABŞ Çini ləkələməyə çalışır” deyən Zhao həmçinin, Çinin Covid-19 siyasətinin “elmi və təsirli” olduğunu qeyd edib.

Son xəbərlər
Digər xəbərlər