ABŞ administrasiyası 2019-cu maliyyə ilində federal şəbəkələrin kibermüdafiəsinə 1 milyard dollardan çox pul ayrılmasını təklif edib.
ABŞ-da 2019-cu maliyyə ilin bu ilin oktyabrında başlayacaq.
Ağ Evin Konqresə göndərdiyi büdcə layihəsində federal şəbəkələrin müdafiəsi və bu sahədə zəifliklərin aradan qaldırılmasına 1 milyard dollara yaxın, kritik önəmə sahib infrastrukturun müdafiəsinə isə 319 milyon dollar ayrılması əksini tapıb.
Daxili Təhlükəsizlik Nazirliyinə isə ümumilikdə 47,5 milyard dollar ayrılacaq. Bu, 2018-ci ilin büdcəsindən 3,5 milyard dollar (7,8%) çoxdur.