ABŞ Maliyyə naziri Skott Bessent Kolumbiya prezidenti Qustavo Petroya qarşı sanksiyaların tətbiq olunduğunu açıqlayıb.
Bu barədə nazirin bəyanatında deyilir.
“Prezident Qustavo Petronun hakimiyyətə gəlməsindən sonra Kolumbiyada kokain istehsalı son onilliklərin rekord səviyyəsinə çatıb. Petro narkokartellərin çiçəklənməsinə imkan yaradıb və onların fəaliyyətinə son qoymaqdan imtina edib,” – deyə Bessent bəyan edib.






