ABŞ Konqresinin Senatı ölkənin 2026-cı maliyyə ili (1 oktyabrda başlayıb) üçün hərbi xərclər layihəsini 925 milyard dollar məbləğində təsdiqləyib. Sənəddə Ukraynaya 500 milyon dollar həcmində yardımın ayrılması nəzərdə tutulur.
Qanun layihəsi tələb olunan minimum 60 səsin əvəzinə 77 qanunverici tərəfindən dəstəklənib, 20 nəfər isə əleyhinə səs verib. Layihənin yekun versiyası tamamlandıqdan sonra sənəd ABŞ prezidenti Donald Trampın imzasına təqdim olunacaq.
Sənəddə Ukraynaya təhlükəsizlik sahəsində yardım təşəbbüsünün (USAI) 2028-ci ilə qədər uzadılması və bu çərçivədə 500 milyon dollarlıq maliyyələşmə nəzərdə tutulur.
Sentyabr ayında Konqresin Nümayəndələr Palatası demək olar ki, 900 milyard dollarlıq öz hərbi büdcə variantını qəbul etmişdi, həmin sənəddə Ukraynaya yardım üçün 400 milyon dollar ayrılmışdı.