7 C
Baku
Tuesday, March 5, 2024

ABŞ Konqresi avtomat silahların qadağan edilməsini təsdiqləyib

ABŞ Konqresinin Nümayəndələr Palatası ölkədə avtomat silahların dövriyyəsi və saxlanmasını qadağan edən qanun layihəsini qəbul edib. Senatda bu təşəbbüsün təsdiqlənməsi şansı praktiki olaraq yoxdur.

ABŞ Konqresinin aşağı palatasında qanun layihəsinin lehinə 217 konqresmen, əleyhinə 213 konqresmen səs verib. Səslər əsasən partiya mənsubiyyətinə görə bölünüb. Tədbirlər ABŞ-da hakim Demokratlar Partiyası tərəfindən dəstəklənir, respublikaçılar qəti şəkildə etiraz edirlər.

ABŞ Prezidenti Cozef Bayden qanun layihəsinin təsdiqini alqışlayıb. O, bu təşəbbüsün ölkədə cinayətkarlığın səviyyəsinin azaldılmasına töhfə verəcəyinə əminliyini ifadə edib. Ağ Ev rəhbəri hesab edir ki, amerikalıların əksəriyyəti bu tədbirlə razıdır. O, Senat qadağanı dəstəkləməyənə qədər mübarizəni dayandırmayacağını vurğulayıb.

Qanun layihəsi xüsusilə, bir çox növ avtomat silahların və hissələrinin satışı, alınması, təhvil verilməsi və saxlanmasının qadağan edilməsini nəzərdə tutur. Lakin bəzi istisnalar da var.

Son xəbərlər
Digər xəbərlər