ABŞ Konresinin tərkib hissələri olan Senat və Nümayəndələr Palatası birgə iclasda demokrat Cozef Baydenin 3 noyabrda keçirilən prezident seçkilərindəki qələbəsini təsdiq edib.
Banker.az bu barədə “TASS”a istinadən xəbər verir.
Bildirilir ki, təkrar hesablamalardan sonra Bayden 270 seçici sayı toplayıb. İclas hələ davam edir.
Bu tədbirin nəticəsi əslində səsvermə prosesinin ümumiləşdirilməsi prosesinə son qoymalı və Amerika administrasiyasının növbəti rəhbərinin rəsmi olaraq kim olduğu barədə mübahisələrə son qoymalıdır.