19 C
Baku
Wednesday, May 15, 2024

ABŞ Konqresi borc tavanının artırılmasına dair qanun layihəsini qəbul edib

ABŞ Konqresinin Nümayəndələr Palatası borc tavanının artırılmasını nəzərdə tutan qanun layihəsini qəbul edib, Banker.az bu barədə Kommersant-a istinadən xəbər verir.

Bildirilir ki, Səsvermə “c-span” telekanalı tərəfindən yayımlanır. Qanun layihəsinin lehinə 314 konqresmen səs verib.

Konqresin layihəni təsdiq etməsindən sonra təklif Senata göndəriləcək və son mərhələdə imza üçün ABŞ prezidenti Co Baydenə təqdim ediləcək. Qeyd edək ki, cənab Bayden daha əvvəl Konqresin hər iki palatasını qanun layihəsini dəstəkləməyə çağırmışdı.

Mayın 29-da ABŞ Prezidenti Co Bayden və Nümayəndələr Palatasının spikeri Kevin Makkarti milli borcun tavanının artırılması ilə bağlı yekun razılığa gəldiklərini açıqlayıblar. Büdcənin azaldılması müqabilində dövlət borcunun limiti 2025-ci il yanvarın 1-dək qaldırılacaq.

Ağ Ev iddia edir ki, borc tavanının artırılması Vaşinqtonun Ukraynaya maliyyə yardımına təsir etməyəcək.

Son xəbərlər
 ⁠
Digər xəbərlər