27 C
Baku
Saturday, July 27, 2024

ABŞ Konqresi büdcə ilə bağlı razılığa gəlib

ABŞ Konqresində demokrat və respublikaçı liderlər hökumətin bağlanmasının (şatdaun) qarşısını almaq üçün büdcə ilə bağlı razılığa gəliblər. Bu barədə ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Mayk Consonun “X” sosial şəbəkəsində dərc olunmuş bəyanatında deyilir.

Bəyanatda deyilir ki, qanunvericilər kənd təsərrüfatı, ticarət, elm, enerji və s. sahələrdə dövlət işlərinin maliyyələşdirilməsi də daxil olmaqla altı qanun layihəsini razılaşdırıblar. Bu sənədlər paketi martın 8-dək qəbul ediləcək.

Qalan altı qanun layihəsi, o cümlədən müdafiə, maliyyə, daxili təhlükəsizlik və xarici əməliyyatlar üçün ayırmalar martın 22-dək yekunlaşdırılacaq və qəbul ediləcək.

Son xəbərlər
Digər xəbərlər