3 C
Baku
Saturday, December 14, 2024

ABŞ Konqresi dövlət borcunun 30 il ərzində artaraq ÜDM-in 166%-nə çatacağını gözləyir

ABŞ Konqresi ölkənin milli borcunun 2054-cü ilin sonuna qədər ÜDM-in rekord 166%-nə yüksələcəyi ilə bağlı proqnozunu saxlayıb.

Çərşənbə axşamı dərc edilən məlumatlara görə, ABŞ-nin dövlət borcu “2024-cü ildə ÜDM-in 99%-dən 2054-cü ildə ÜDM-in 166%-nə qədər artacaq”. Sənəddə qeyd olunur ki, ölkənin dövlət borcunun həcmi “əvvəllər qeydə alınmış rekord səviyyələri keçəcək və bundan sonra da artmağa davam edəcək”.

Beləliklə, 2024-cü ilin martında təqdim edilən ABŞ dövlət borcunun artım proqnozu dəyişməyib. Eyni zamanda, hesabatda qeyd olunur ki, əgər özəl investisiyalar azalarsa və ya dövlətin gəlir və xərcləri 30 illik orta səviyyədə qalsa, 2054-cü ildə ABŞ-nin milli borcu ÜDM-in 250%-ni keçə bilər.

Yanvarın əvvəlində ABŞ-nin dövlət borcu 34 trilyon dolları keçib. 2023-cü ildə o, 4 trilyon dollardan çox artıb. 3 iyun 2023-cü ildə prezident Co Bayden dövlət borcunun tavanını artırmaq üçün Konqres tərəfindən əvvəllər təsdiqlənmiş qanun layihəsini imzalayıb.

Son xəbərlər
Digər xəbərlər