28 C
Baku
Saturday, July 27, 2024

ABŞ Konqresi inflyasiyanın azaldılması üçün 430 milyard dollarlıq paketi təsdiqləyib

ABŞ Konqresinin Nümayəndələr Palatası inflyasiyanın azaldılmasına yönəlmiş və hakimiyyət orqanları tərəfindən 430 milyard dollar vəsaitin ayrılmasını nəzərdə tutan təşəbbüslər paketini təsdiqləyib.

Senat bu paketi keçən həftə təsdiqləyib. Hazırda sənəd imzalanması üçün ABŞ Prezidenti Cozef Baydenə təqdim ediləcək.

755 səhifəlik mətndən ibarət qanun layihəsi federal büdcə kəsirinin azaldılması, ictimai səhiyyə xərclərinin azaldılması və iqlim dəyişikliyi ilə mübarizə də daxil olmaqla bir sıra tədbirləri əhatə edir.

Bundan əlavə, iri korporasiyaların vergilərinin artırılması nəzərdə tutulur ki, bu da təklif olunan proqramlar üçün lazım olan vəsaiti qismən təmin etməlidir. ABŞ hakimiyyəti bütün bu tədbirlərin gələcəkdə ölkədə inflyasiyanı azaldacağını gözləyir. Hakim Demokrat Partiyası isə bu addımları dəstəkləyir.

Qeyd edək ki, konqresmenlər bu təşəbbüslər paketinə səs vermək üçün yay tətilini yarımçıq qoyublar.

 

 

Son xəbərlər
Digər xəbərlər