32 C
Baku
Sunday, July 14, 2024

ABŞ Konqresi ölkə iqtisadiyyatına 900 mlrd. dollarlıq dəstək tədbirlərini təsdiq etdi

ABŞ-ın Nümayəndələr Palatası və Senat liderləri ölkə iqtisadiyyatına 900 milyard dollarlıq dəstək tədbirlərini təsdiq edib.

Banker.az xəbər verir ki, bu barədə spiker Nensi Pelosi bildirib.

“Konqresdəki demokratlar və respublikaçılar koronavirus pandemiyası ilə əlaqədar olaraq ölkə iqtisadiyyatına dəstək planı barədə razılığa gəliblər”, – mesajda deyilir. Pelosinin açıqlamasına senat Miç Makkonnell və demokrat Çak Şumer qatılıb.

“Bloomberg”in verdiyi məlumata görə, qanun layihəsinin mətni hələ hazır olmasa da, onu araşdırmaq və qəbul etmək üçün çox az vaxt qalıb: daha əvvəl Nümayəndələr Palatasının 21 dekabrda qərar verməyi gözlənilirdi. Paket əksər amerikalılara 600 dollar birbaşa ödəniş və mart ayına qədər həftəlik 300 dollar işsizlik müavinətinin verilməsini nəzərdə tutur.

Müstəqil və müqaviləli podratçılar və uzun müddət işsiz olan amerikalılar üçün dəstək proqramları aprel ayına qədər uzadılacaq. Təxminən 284 milyard dollar kiçik biznesə sərfəli kreditlər üçün ayrılacaq. Eyni zamanda nəqliyyat sektoruna (hava yolları üçün ayrılan 15 milyard dollar daxil olmaqla), məktəb və universitetlərə (82 milyard dollar), həmçinin peyvənd və qida tədarükü ilə məşğul olan şirkətlərə yardım ediləcək.

Dəstək paketi 30 sentyabr 2021-ci ilə qədər 1.4 trilyon dollar həcminə maliyyələşdirmə qanununa əlavə ediləcək. Qeyd edək ki, yeni dəstək tədbirlərinin müzakirəsi uzun sürdüyü üçün büdcənin qəbulu da ləngiyir: Konqres hökuməti müvəqqəti maliyyələşdirmək üçün bir neçə qanun qəbul edib.

Xatırladaq ki, mart ayında ABŞ hökuməti böhranla mübarizə üçün 1.8 trilyon dollar vəsait ayırmışdır. Ümumiyyətlə, ABŞ koronavirusdan dünyada ən çox təsirlənən ölkədir. Con Hopkins Universitetinin məlumatlarına görə, pandemiya başlayandan ölkədə 17.84 milyon yoluxma və 317 668 ölüm qeydə alınıb.

Son xəbərlər
Digər xəbərlər