25 C
Baku
Saturday, June 22, 2024

ABŞ Konqresi rekord 848 mlrd. dollarlıq müdafiə büdcəsini təsdiq edib

ABŞ Senatı ölkənin 2023-cü il müdafiə büdcəsini təsdiqləyib. Məlumata görə, növbəti ildə ABŞ-ın müdafiə büdcəsi Ukraynaya hərbi yardım qismində ayrılacaq 800 milyon dollar daxil olmaqla, 847.3 milyard dollar təşkil edəcək. Bildirilir ki, bu müdafiə büdcəsi layihəsi ABŞ tarixində ən böyük layihə ola bilər.

“Bu, Ukrayna və NATO-ya yardımın artırılması layihəsidir. Layihə Ukraynaya Təhlükəsizliyə Yardım Təşəbbüsünü genişləndirir və dəyişdirir, eləcə də 2023-cü maliyyə ilində əlavə 800 milyon dollar yardımı təsdiq edir”, – layihədə deyilir.

Banker.az bu barədə “Kommersant”a istinadən xəbər verir.

Ukrayna prezidenti Vladimir Zelenski ABŞ-ın müdafiə büdcəsinə aviasiya sahəsində Kiyevə hərbi yardımın daxil ediləcəyini bildirib.

ABŞ-ın 2022-ci maliyyə ili üçün müdafiə büdcəsinə 778 milyard dollar xərclər daxil edilib. Bu məbləğdən 4 milyard dollar Rusiyanın Avropada qarşısının alınmasına və Ukraynaya dəstəyin artırılmasına yönəlmiş təşəbbüslərə ayrılıb.

Son xəbərlər
 ⁠
Digər xəbərlər