ABŞ Konqresinin xüsusi komissiyası 18 ay davam edən təhqiqatdan sonra sabiq prezident Donald Trampa qarşı ittiham irəli sürülməsini tövsiyə edib.
Ədliyyə Nazirliyinə ünvanlanan tövsiyə 21 dekabrda dərc ediləcək.
8 bənddən ibarət sənədə görə, Trampa qarşı insanları iğtişaşa və dövlətə qarşı çıxışlara təhrik etmə ittihamı irəli sürülə bilər.