ABŞ Konqresinin Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsi Ukraynaya yardıma nəzarətlə bağlı dinləmələr keçirəcək.
Komitə sədri Maykl Makkol martın 29-da “Ukraynaya yardıma nəzarət, şəffaflıq və hesabatlılıq” mövzusunda dinləmələrin keçiriləcəyini açıqlayıb.
Dinləmələr çərçivəsində Pentaqonun, Dövlət Departamentinin və ABŞ Beynəlxalq İnkişaf Agentliyinin nəzarət strukturlarının hesabatları açıqlanacaq.