9 C
Baku
Friday, December 13, 2024

ABŞ Konqresi “UNO”ları gündəmə gətirib, sessiyada Pentaqon da iştirak edib

Təxminən 50 ildən sonra ABŞ Konqresində bir ilk gerçəkləşib. Pentaqon nümayəndələri Konqresdə UNO və naməlum obyektlərlə bağlı canlı sessiyada iştirak ediblər. Sessiyada 400-ə yaxın sənəd ətrafında çıxışlar olub.

Banker.az xəbər verir ki, ABŞ Konqresinin “açıqlana bilməyən hava hadisələri” ilə bağlı keçirilən sessiyasında Pentaqon rəsmiləri 2004-cü ildən bəri rast gəlinən 144 qeyri-adi hadisə haqqında danışıblar. İclaslar zamanı müdafiə nazirinin kəşfiyyat və təhlükəsizlik üzrə müşaviri Ronald S. Moultri və Dəniz Kəşfiyyatı rəisinin müavini Skott V. Breyin çıxışları dinlənilib.

Kəşfiyyat Komitəsinin sədri Adam Şiff keçən həftə verdiyi açıqlamada “Amerika xalqı tam şəffaflığa layiqdir” deyib. Açıq sessiyadan sonra Pentaqonun Uçan Obyektlərin Müəyyənləşdirilməsi və İdarə Edilməsi Sinxronizasiya Proqramı üzrə qapalı iclas keçirilib.

Son xəbərlər
Digər xəbərlər