10 C
Baku
Wednesday, December 10, 2025

ABŞ Konqresinə 907-ci düzəlişin tam ləğvi ilə bağlı qanun layihəsi təqdim edilib

ABŞ Nümayəndələr Palatasının üzvü Anna Paulina Luna 907-ci düzəlişi tam ləğv etməyə yönəlmiş qanun layihəsini təqdim edib.

Bu barədə məlumat Konqresin saytında yerləşdirilib.

Qeyd edək ki, bu düzəliş ABŞ-nin Azərbaycana birbaşa hərbi və maliyyə yardımı göstərməsini məhdudlaşdırır.

Xatırladaq ki, bu ilin avqust ayında ABŞ Prezidenti tərəfindən “Azadlığa dəstək qanunu”na 907-ci düzəlişin tətbiqinin müvəqqəti olaraq dayandırılması ilə bağlı sərəncam imzalanıb. 1992-ci ildə qəbul olunmuş bu düzəliş Azərbaycana ABŞ dövlət yardımının göstərilməsini qadağan edir.

Rəsmi Bakı Azərbaycanla ABŞ arasında münasibətlərin inkişaf perspektivləri, Azərbaycanın geniş regionda artan rolu nəzərə alınaraq, ABŞ tərəfinin bu düzəlişin tamamilə ləğv edilməsi istiqamətində əməli addımlar atacağına ümidvar olduğunu bəyan edib.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər