33 C
Baku
Wednesday, July 17, 2024

ABŞ Konqresinin Nümayəndələr Palatası İsraillə həmrəylik haqqında qətnamə qəbul edib

ABŞ Nümayəndələr Palatası Fələstinin HƏMAS hərəkatına qarşı müharibəsində İsraillə həmrəylik haqqında qətnamə qəbul edib. Bu, respublikaçı Mayk Consonun spiker seçilməsindən sonra qurum tərəfindən qəbul edilən ilk qanunvericilik aktıdır.

Qətnamənin lehinə 412 nəfər səs verib, on nəfər isə əleyhinə çıxış edib, daha altı nəfə bitərəf qalıb. Sənəddə HƏMAS-dan Qəzza zolağında girovları azad etməyə və hücumları dərhal dayandırmağa çağırılır. Qətnamənin mətnindən belə çıxır ki, ABŞ İsrailin özünümüdafiə hüququnu təsdiq edir.

İsrail və HƏMAS arasında müharibə oktyabrın 7-də İsrail ərazisinin atəşə tutulması ilə başlayıb. Buna cavab olaraq İsrail Qəzza zolağına qarşı genişmiqyaslı hücum planlarını açıqlayıb. Son məlumatlara görə, hərbi əməliyyatlar başlayandan bəri İsraildə 1.4 mindən çox, Qəzza zolağında isə 6 mindən çox insan ölüb.

Son xəbərlər
Digər xəbərlər