23 C
Baku
Sunday, July 3, 2022

ABŞ Konqressi Putinə qarşı 2 qanun qəbul etdi

ABŞ Konqressinin Nümayəndələr Palatası Rusiya prezidenti Vladimir Putinə qarşı 2 qanun layihəsini yekdilliklə təsdiqləyib.

Bu barədə Nümayəndələr Palatasının rəsmi səhifəsində yerləşdirilən məlumatda deyilir.

Qeyd olunur ki, respublikaçı Elis Stefanik və demokratların nümayəndəsi Valdes Deminqsin müəllifi olduqları “Vladimir Putin Transparency Act” adlanan birinci qanun layihəsi ilə ABŞ milli kəşfiyyatının üzərinə Rusiya prezidentinin və onun yaxın ətrafının gəlirləri barədə ətraflı məlumat toplamaq öhdəliyi qoyulur. Sənədə əsasən, ABŞ kəşfiyyatı üzərinə qoyulan bu tapşırıqla bağlı bütün sualları 180 gün müddətinə cavablandırmalı və hesabat təqdim etməlidir.

Nümayəndələr Palatası bildirib ki, “Vladimir Putin Transparency Act” qanun layihəsi Moskvanın 2016-cı ildəki ABŞ prezidenti seçkilərinə müdaxiləsinə cavabdır.

Konqressin aşağı palatasının qəbul etdiyi ikinci qanun layihəsi isə ABŞ administrasiyasına Krımı Rusiya ərazisi kimi tanımağı qadağan edir. Bu qadağadan yalnız ABŞ prezidenti milli təhlükəsizlik maraqlarını nəzərə alaraq yan keçə bilər.

Azvison

Son xəbərlər
Oxşar xəbərlər