12 C
Baku
Cümə axşamı, Oktyabr 28, 2021

ABŞ kriptovalyuta mübadiləsi xidmətinə qarşı sanksiyalar tətbiq edib

ABŞ hökuməti ilk dəfə olaraq kriptovalyuta mübadiləsi xidmətinə qarşı sanksiyalar tətbiq edib, məhdudiyyətlər həmçinin “SUEX OTC S.R.O.” platformasına təsir göstərib.

Banker.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Maliyyə Nazirliyi məlumat verib.

“SUEX ən az səkkiz növ qeyri-qanuni maliyyə əməliyyatı həyata keçirib”, – deyə mesajda bildirilir.

Kriptovalyuta mübadiləsi platformasına qarşı tətbiq edilən sanksiyalar şirkəti ABŞ-dakı aktivlərinin dondurulmasını nəzərdə tutur. Ölkə vətəndaşlarının bu xidmətdən istifadə etməsi qadağan edilib.

“Bloomberg” agentliyinin verdiyi məlumata görə, iyun ayında ABŞ hökuməti kriptovalyuta əməliyyatlarına nəzarəti gücləndirməyə başlayıb. Xüsusilə, Ağ Ev hakkerlərlə mübarizə aparacaq ayrıca komissiya yaradıb.

Belə bir addım atmağa Vaşinqtonu “Colonial Pipeline” boru kəməri şirkətinə edilən hakker hücumu məcbur edib. Hadisə nəticəsində operator boru kəmərini bağlamaq məcburiyyətində qalıb. İyun ayında ABŞ hökuməti hakkerlərə ödənilən məbləğin böyük hissəsini “Colonial Pipeline” boru kəmərinə geri qaytarıb.

Son xəbərlər
Oxşar xəbərlər