15 C
Baku
Sunday, May 5, 2024

ABŞ Kubaya qarşı ticarət embarqosunu daha bir il uzadıb

ABŞ Prezidenti Cozef Bayden Kubaya qarşı ticarət məhdudiyyətlərini daha bir il – 2024-cü il sentyabrın 14-dək uzadıb.

Bu barədə Ağ Evin mətbuat xidmətinin yaydığı bəyanatda bildirilib.

“Əminəm ki, Kubaya qarşı bu tədbirlərin bir il müddətinə uzadılması ABŞ-ın maraqlarına xidmət edir”, – deyə Amerika lideri bəyanatda vurğulayıb.

Qeyd edək ki, Birləşmiş Ştatlar 1961-ci ildə adadakı Amerika mülkiyyətinin milliləşdirilməsinə cavab olaraq Kuba ilə diplomatik əlaqələri kəsmiş və bundan sonra ticarət, iqtisadi embarqo elan etmişdi. 2014-cü ilin dekabrında ABŞ-ın o zamankı prezidenti Barak Obama bu siyasətin nəticə vermədiyini etiraf etmiş, ikitərəfli əlaqələrin normallaşdırılması və sanksiyaların yumşaldılması istiqamətində addımlar atmışdı. 2015-ci ildə Obama administrasiyası Kubanı ABŞ-ın terrorizmə sponsorluq edən dövlətlər siyahısından çıxarmışdı.

MənbəApa
Son xəbərlər
 ⁠
Digər xəbərlər