ABŞ Latın Amerikası ərazisi üzərində daha bir, ehtimal ki, Çin kəşfiyyat zondu aşkarlayıb.
Bu barədə “CNN” Pentaqonun sözçüsü Patrik Rayderə istinadən məlumat yayıb.
“Biz Latın Amerikası üzərində bir şarın hərəkət etməsi ilə bağlı məlumatları görürük. Təxmin edirik ki, bu, başqa bir Çin kəşfiyyat hava şarıdır”, – o deyib.
“CNN”in məlumatında obyektin harada yerləşdiyi dəqiq göstərilməyib. Mənbələrin məlumatına görə, onun ABŞ-yə doğru irəlilədiyinə dair hələlik heç bir dəlil yoxdur.