11 C
Baku
Monday, November 25, 2024

ABŞ Latın Amerikası və Karib ölkələrinə humanitar yardım üçün 485 milyon dollar vəsait ayıracaq

ABŞ Prezidenti Cozef Baydenin administrasiyası Latın Amerikası və Karib hövzəsi ölkələrinə 485 milyon dollar humanitar yardım ayıracaq.

Bu barədə ABŞ dövlət katibi Antoni Blinkenin Dövlət Departamentinin mətbuat xidməti tərəfindən yayılan bəyanatında deyilir.

“Prezident Bayden Amerika Tərəfdaşlığı liderlərinin görüşündə Latın Amerikası və Karib hövzəsi ölkələrindəki məcburi köçkünlər, eləcə də Venesueladakı siyasi və iqtisadi böhrandan təsirlənən insanlar da daxil olmaqla, Qərb yarımkürəsindəki qaçqınlar, miqrantlar və əhalinin digər həssas qruplarının ehtiyaclarını ödəmək üçün təxminən 485 milyon dollar humanitar yardım ayrılacağını elan edib”, – A.Blinken deyib.

ABŞ dövlət katibi qeyd edib ki, son iki ildə ABŞ Qərb yarımkürəsindəki ölkələrə 2,1 milyard dollardan çox humanitar yardım edib və bununla da Vaşinqton regionda ən böyük yardım donoru olub.

Son xəbərlər
Digər xəbərlər