ABŞ Prezidenti Donald Tramp dünya bazarında neftin qiymətinin artmasından narahat olmadığını bildirib.
O, bu barədə CNN-ə müsahibəsində danışıb.
Jurnalistlə söhbət zamanı ABŞ lideri ölkəsinin və İsrailin İrana qarşı əməliyyatını “on ballıq şkala üzrə 15” kimi qiymətləndirib. Bundan əlavə o, neftin qiymətinin artmasından narahat olmadığını bildirib.
“Hər şey qaydasındadır. Bu, uzun çəkməyəcək. Qiymətlər çox tez aşağı düşəcək”, – Tramp deyib və Hörmüz boğazı məsələsini artıq həll etdiyini söyləyib.
“Biz onların donanmasını sıradan çıxardıq. Onlar istədiklərini edə bilmirlər. Vurulan gəmilərin sayı 25-ə çatıb. Təsəvvür edə bilirsiniz? İri gəmilər – 25 gəmi sıradan çıxarılıb”, – o bildirib.






