9 C
Baku
Monday, November 18, 2024

ABŞ Livan Mərkəzi Bankının sabiq rəhbərinə sanksiyalar tətbiq edib

ABŞ Maliyyə Nazirliyi Livanın Mərkəzi Bankının sabiq rəhbəri Riad Salayameyə qarşı sanksiyalar tətbiq edib.

Bu barədə ABŞ Maliyyə Nazirliyi məlumat yayıb.

“Bu gün ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi korrupsiya və qeyri-qanuni fəaliyyəti ölkədə qanunun aliliyinə zərər vermiş Livan Mərkəzi Bankının keçmiş rəhbəri Riad Salayameyə qarşı sanksiyalar tətbiq edir”, – ABŞ Maliyyə Nazirliyi bildirib.

Nazirlik qeyd edib ki, qara siyahıya R.Salayamenin ailə üzvləri və onun baş köməkçisi daxil olmaqla 4 nəfər salınıb.

Qurumdan o da bildirilib ki, sanksiyalar Böyük Britaniya və Kanada ilə birgə tətbiq edilir.

Böyük Britaniya Maliyyə Sanksiyalarını Tətbiqetmə Orqanından qeyd edilib ki, R.Salayame Livan Mərkəzi Bankının sədri vəzifəsində işləyərkən korrupsiya əməlinə yol verib. Beləliklə, o, qardaşı ilə birlikdə bankın 300 milyon dollardan çox vəsaitini mənimsəyib.

Son xəbərlər
Digər xəbərlər