Livanın “Jammal Trust Bank” bankı ABŞ tərəfindən sanksiyalar siyahısına əlavə edilib.
Rəsmi Vaşinqton bu bankı İrana bağlı olan “Hizbullah” hərəkatı ilə əməkdaşlıq etdiyinə görə sanksiyaya məruz qoyub. Bankın Avropa ölkələri və Yaxın Şərqdə ABŞ ilə müttəfiq olan dövlətlərin bankları ilə maliyyə əməliyyatları aparması məhdudlaşacaq.
Livan hökumətinin etirazlarına baxmayaraq, ABŞ bu addımı ataraq İran ilə qəti şəkildə mübarizə apardığını göstərməyə çalışır. Lakin ABŞ-ın sanksiyaları narazılıqla qarşılanır. Siyasi müşahidəçilər bildirir ki, Vaşinqtonun sanksiya siyasəti Livanın tamamilə İran tərəfinə keçməsinə şərait yaradır.
Xatırladaq ki, İranın dəstəklədiyi “Hizbullah” hərəkatı ABŞ tərəfindən terrorçu təşkilat kimi tanınsa da, bu hərəkat Livanın ictimai-siyasi həyatında aparıcı rol oynayır və əhali arasında böyük nüfuza sahibdir.