18 C
Baku
Saturday, May 25, 2024

ABŞ məhkəməsi “FTX”in qurucusunu dələduzluqda təqsirli bilib

ABŞ-da münsiflər heyəti “FTX” kriptovalyuta birjasının qurucusu Sem Benkman-Fridi fırıldaqçılıq və sui-qəsddə təqsirli bilib. “CNN” yazır ki, hökm 28 mart 2024-cü ildə oxunacaq. “CNBC”nin məlumatına görə, onu 115 ilə qədər həbs gözləyir.

Sem Benkman-Fridman “FTX” müştərilərinin hesablarından milyardlarla dollar oğurlamaqda, həmçinin kriptovalyuta birjası müştərilərinin vəsaitlərini bank hesabında saxlayan “Alameda Research” hedcinq fondunun kreditorlarını aldatmaqda təqsirli bilinib. Bundan əlavə, münsiflər heyəti Sem Benkman-Fridmanı “FTX” investorlarını aldatmaqda və çirkli pulların yuyulmasında günahlandırıb.

Məhkəmə zamanı “FTX”in təsisçisi bildirib ki, 2020-ci ildə kriptovalyuta birjasının müştərilərinin vəsaitlərinin “Alameda” hesabında saxlandığını öyrənib, lakin onları qorumaq üçün heç bir tədbir görməyib. İstintaq iddia edir ki, o, 2022-ci ilin payızında “Alameda”nın “FTX”ə 8 milyard dollar borcu olduğunu öyrəndikdən sonra işçilərinin heç biri işdən çıxarılmayıb.

11 noyabr 2022-ci ildə məşhur kriptovalyuta birjası “FTX” ABŞ-da müflis olduğunu elan edib. Bu, ən böyük platforma olan “Binance”nin əsas rəqibini almaqdan imtina etməsindən bir gün sonra baş verib. “FTX” investorlarının birjanın müflis olmasından itkilərini ödəmək üçün sığorta fondu olmayıb. İttiham aktında iddia edilir ki, Sem Benkman-Fridman kreditləri ödəmək və “FTX” rəhbərləri üçün dəbdəbəli həyat tərzi təmin etmək üçün əmanətçilərin pullarını “Alameda” hesabına köçürüb.

Son xəbərlər
 ⁠
Digər xəbərlər