32 C
Baku
Thursday, June 13, 2024

FED Rusiyanın 330 milyard dollarlıq aktivinə həbs qoyub

ABŞ Mərkəzi Bankının Xəzinədarlıq Departementi Rusiyanın dünya üzrə ümumilikdə 330 milyard dollarlıq aktivinə həbs qoyulduğunu bildirib.

Bu barədə Departementin yaydığı bəyanatda deyilir. Qeyd edilib ki, çoxmillətli işçi qrupu, Rusiya fiziki şəxslərinin 30 milyard, Rusiya Mərkəzi Bankının isə 300 milyard dollar aktivlərini bloklayıb və ya dondurub: “Fiziki şəxslər dedikdə Rusiya elitaları, proksilər və oliqarxlar nəzərdə tutulur. Rusiya Mərkəzi Bankının 300 milyard dollarlıq aktivləri əməliyyat qrupu tərəfindən hərəkətsizləşdirilib, yaxtalar və dəbdəbəli daşınmaz əmlaklar da müsadirə edilərək, dondurulub və ya saxlanılıb”.

Qeyd edək ki, İşçi qrup mart ayında Ukraynadakı hərbi əməliyyatlara görə Qərbin Rusiyaya qarşı sanksiyalar tətbiq etməsi üçün yaradılıb.

MənbəApa
Son xəbərlər
 ⁠
Digər xəbərlər