16 C
Baku
Friday, April 19, 2024

ABŞ məhkəməsi Google və Facebook şirkətlərini siyasi reklam mələsinə görə cərimə edib

ABŞ-ın Vaşinqton əyalətinin hakimi, Google və Facebook şirkətlərinin $455 min məbləğində cərimə ödəyəcəkləri barədə qərar qəbul edib. Bu haqda, baş prokuror olan Bob Fergusonun bəyanatında bildirilir.

Siyasi reklamların şəffaflığı haqqında dövlət qanunlarına əməl etmədiklərinə görə təqsirləndirilən Google $217 min, Facebook isə $238 min məbləğində cərimə ödəməli olacaqlar. Bəyanatda qeyd olunduğu kimi, 2013-cü ildən etibarən şirkətlər internet resurslarında belə reklamları sifariş edən müştərilərhaqqında məlumatların toplanmasına, saxlanılmasınavə yayılmasına qarşı irəli sürülmüş tələbləri yerinə yetirmirməyiblər.

Baş prokurorluğun verdiyi məlumata görə, siyasi vəzifəli şəxslər və siyasi komitələr, Google-a siyasi reklam üçün $1,5 milyon, Facebook-a isə $5,1 milyon ödəyiblər.

Associated Press nümayəndəsinin qeyd etdiyi kimiFacebook, bu məsələnin həllindən razı qaldığını gələcəkdə dövlətin irəli sürdüyü tələblərə uyğun fəaliyyət göstərəcəyini bildirib. Google isə iyun ayına qədər Vaşinqtonun qanunlarına riayət etdiyinibildirmişdir. Qeyd olunmuş tarixdə əyalət, informasiyanın yayılması ilə bağlı yeni qaydalar tətbiq edib və həmin andan etibarən Google, yeni qaydalara riayət edə bilmədiyi üçün, siyasi reklam qəbulunu dayandırdığını bildirmişdir.

Son xəbərlər
Digər xəbərlər