13 C
Baku
Thursday, November 14, 2024

ABŞ məhkəməsi Telegram-a öz blockchain layihəsinin tokenlərini buraxmağa qadağa qoydu

Keçən ilin oktyabr ayının ortasında ABŞ-ın birjalar və dəyərli kağızlar üzrə komissiyası (SEC) Telegram messencerinin tokenlərinin ilkin yerləşdirilməsinin müəyyən müddətlik qadağasına nail olmuşdu. Beləliklə yarım illik məhkəmə prosesindən sonra Nyu York ştatının federal məhkəməsi Gram tokenlərini dəyərli kağızlar qəbul edərək onların investorlara ötürülməsini qadağan etdi. Bu barədə 4pda saytı xəbər verib. İlk növbədə SEC-in Telegram-a qarşı olan iddiası ondan ibarət idi ki, messencer rəhbərliyi tokenlərin təklifini qeydiyyatdan keçirtməyib və ABŞ qanunvericiliyindən yan keçib.

Telegram-ın hüquqşünasları isə öz növbələrində məhkəməyə sübut etməyə çalışırdılar ki, Gram tokenləri dəyərli kağızlar deyillər. Tokenlərin ilk investorlara satışları üçün həmin tokenlərin qeydiyyatdan keçirilməsinə ehtiyacın qalmaması üzrə Telegram-ın təqdim etdiyi qane etməyən arqumentlər səbəbilə federal məhkəmə messencerin tokenlərini dəyərli kağız qəbul edib. SEC-in fikrincə TON-u (Telegram Open Network) əldə etmiş istifadəçilər tokenlərin kənar bazarlarda satılması üzrə pul qazanmağı planlaşdırırdılar. Bu isə ABŞ qanunvericiliyinə ziddir.

TON blockchain platforması ümumilikdə 5 milyon Gram tokenini istifadəyə verməyi planlaşdırırdı. Onlardan 2.9 milyon token artıq investorlar tərəfindən alınmışdı. 2.9 milyon tokenin ümumi dəyəri isə 1.7 milyard dollar təşkil edir. Sözügedən blockchain platformasının keçən ilin oktyabr ayında istifadəyə verilməsi planlaşdırılırdı. Lakin SEC-in təzyiqi sayəsində həmin proses bu ilin aprel ayına keçirildi. Telegram məhkəmənin ilkin qərarını appelyasiya məhkəməsinə vermək hüququna sahibdir.

©Technote

Son xəbərlər
Digər xəbərlər