ABŞ Maliyyə Nazirliyi “Lukoyl” şirkətinin xaricdəki aktivlərinin satışına dair əməliyyatlara 17 yanvar 2026-cı ilədək icazə verən lisenziya dərc edib.
Bu barədə ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsinin (OFAC) açıqlamasında qeyd olunur.
Lisenziya “Lukoil International GmbH” və onun aktivlərinin satışı, özgəninkiləşdirilməsi və ya ötürülməsi ilə bağlı danışıqlar aparmağa imkan verir. Bununla yanaşı, sənəd Rusiyadakı şəxslərə və ya Rusiya hesablarına hər hansı vəsaitin köçürülməsini qadağan edir.







