9 C
Baku
Thursday, December 12, 2024

ABŞ martda neft hasilatını artıracaq – Proqnoz

ABŞ Energetika Nazirliyinin proqnozlarına görə, bu ilin mart ayında ölkədə əsas istehsalat sahələrində (hasilatın əsas hissəsi şist neftinin payına düşür – red.) neft hasilatı artacaq.

Ən iri yataqlarda ortalama gündəlik neft hasilatı 109 min barel və ya 1,3% artaraq 8,707 mln. barelə çatacaq.

Məlumata görə, hasilat üzrə artım əsasən “Permian”, “Eagle Ford”, “Bakken”, “Anadarko”, “Appalachia” və “Niobrara” yataqlarının payına düşəcək.

Xatırladaq ki, EIA-in proqnozuna əsasən, gələn il ABŞ-da ortalama gündəlik neft hasilatı 12,6 mln. barel olacağı ehtimal olunur. Cari il ABŞ da gündəlik neft hasilatının 11,97 mln. barel olacağı gözlənilir.

Ötən il ABŞ-da gündəlik neft hasilatı 11,2 mln. barel təşkil edib. 2020-ci ildə ABŞ-da ortalama gündəlik neft hasilatı 11,28 mln. barel olub. 2019-cu ildə isə bu göstərici 12,25 mln. barel təşkil edib.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər