10 C
Baku
Wednesday, November 27, 2024

ABŞ mayda əsas istehsalat sahələrində neft hasilatını artıracaq

ABŞ Energetika Nazirliyinin proqnozlarına görə, cari ilin mayında aprel ayı ilə müqayisədə ölkədə əsas istehsalat sahələrində (hasilatın əsas hissəsi şist neftinin payına düşür – red.) neft hasilatı artacaq.

ABŞ-ın Energetika Nazirliyi yanında Energetika İnformasiyası Administrasiyasının (EIA) məlumatına görə, gələn ay ən iri yataqlarda ortalama gündəlik neft hasilatı 49 min barel və ya 0.5% artaraq, 9.328 mln. barelə çatacaq.

Məlumata görə, hasilat üzrə artım əsasən “Permian”, “Eagle Ford”, “Bakken”, “Anadarko”, “Appalachia” və “Niobrara” yataqlarının payına düşəcək.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər