Mayın 12-dən etibarən ABŞ hakimiyyəti ABŞ-a gələn əcnəbilər, üçün məcburi COVID-19 peyvəndi tələbini aradan qaldıracaq.
Bu barədə Ağ Evin bazar ertəsi yaydığı bəyanatda deyilir.
Qeyd edək ki, 2021-ci ilin noyabr ayından etibarən ABŞ hakimiyyəti ölkəyə gələn əcnəbilərdən koronavirusa qarşı tam peyvənd sertifikatı tələb etməyə başlayıb. Bu qaydalara əsasən, yalnız ABŞ tibbi tənzimləyicisi və ya Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən təsdiqlənmiş dərmanlarla peyvənd sertifikatları qəbul edilir.