-1 C
Baku
Sunday, December 15, 2024

ABŞ-Meksika sərhədində ucaldılacaq “Tramp səddi”nin dəyəri hesablanıb

ABŞ prezidenti Donald Trampın Meksika sərhədində ucaltmaq istədiyi divarın tikintisi 21,6 mlrd. dollara başa gələcək.

APA-nın xəbərinə görə, bu barədə “Röyters” ABŞ Daxili Təhlükəsizlik Nazirliyinin hesabatına istinadən məlumat yayıb.

Məlumata görə, sərhəddə ucaldılacaq maneə 2000 km uzunluğunda müxtəlif divarlar və hasarlar sistemindən ibarət olacaq. Tikinti işlərinin 2020-ci ildə başa çatacağı planlaşdırılır.

D.Tramp bundan əvvəl divarın tikintisinin Meksika tərəfindən maliyyələşdiriləcəyini bəyan etmişdi.

Son xəbərlər
Digər xəbərlər