11 C
Baku
Tuesday, November 5, 2024

ABŞ Meksikaya Çin sərmayəsinin axınından narahatdır

ABŞ hakimiyyəti Meksikaya Çin sərmayəsinin axınından, xüsusən ÇXR-in üç böyük elektromobil istehsalçısının orada zavodlar tikmək planlarından narahatdır.

Çinin MG, BYD və “Chery” kompaniyaları zavod tikintisi üçün Meksika hakimiyyəti ilə danışıqlar aparıb. Eyni zamanda, ÇXR kompaniyalarından biri Meksikada 12 milyard dollarlıq akkumulyator zavodu inşa etməyi planlaşdırır.

MG kompaniyası Meksikada zavod tikmək üçün 1.5-2 milyard dollar xərcləmək, BYD isə ilk mərhələdə bu ölkəyə yüz milyonlarla dollar sərmayə qoymaq niyyətindədir.

Birləşmiş Ştatlar Çin komponentlərini öz tədarük zəncirlərindən çıxarmaq üçün 2022-ci ildə onların istifadəsinə ciddi məhdudiyyətlər tətbiq edib. ABŞ Prezidenti Cozef Bayden administrasiyası ÇXR kompaniyalarının Meksikada məhsul istehsal etməklə məhdudiyyətlərdən yan keçə biləcəyindən və Amerika bazarını daha ucuz elektrik avtomobilləri ilə dolduracağından ehtiyatlanır.

Meksika ucuz işçi qüvvəsinə malik olduğu, həmçinin Birləşmiş Ştatlar və Kanada ilə azad ticarət sazişində iştirak etdiyi üçün COVID-19 pandemiyası səbəbindən təchizat kanallarının yenidən təşkilindən və ABŞ-Çin ticarət savaşından faydalanır.

Qeyd edək ki, Çin avtomobilləri hazırda Meksikada ümumi avtomobil satışlarının təxminən 20 faizini təşkil edir, halbuki hımin göstərici altı il əvvəl sıfıra bərabər idi.

MənbəAzərtac
Son xəbərlər
Digər xəbərlər