ABŞ “meymunçiçəyi”nə qarşı “Bavarian Nordic (BAVA.CO) Jynneos” peyvəndinin tədarükünü 1.8 milyon doza artıracaq.
Bu barədə ölkənin Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzlərinin (CDC) direktoru Roşel Valenski bildirib.
“Bu təhlükəli virusun yayılmaması üçün mümkün olan hər şeyi etməyimiz vacibdir”, – deyə o qeyd edib.
Ümumilikdə, ABŞ-da “meymunçiçəyi”nə yoluxma hallarının sayı 13 500-ü keçib.