10 C
Baku
Wednesday, November 27, 2024

ABŞ meymunçiçəyi vaksininin istehsalı üçün $11 milyon ayıracaq

Birləşmiş Ştatlar təbii çiçək və meymunçiçəyi xəstəliyinin qarşısını alan vaksin istehsalı üçün 11 milyon dollar ayıracaq.

Miçiqan ştatının Qrand-Rapids şəhərində yerləşən “Grand River Aseptic Manufacturing” (“GRAM”) şirkəti “Jynneos” vaksin istehsalı və istehsal xəttinin idarə edilməsi üçün işçilər götürülməsi üçün vəsait alacaq.

“Jynneos” vaksini Danimarkanın “Bavarian Nordic” şirkəti tərəfindən yaradılıb. “Bavarian Nordic” bu ayın əvvəlində vaksinin Birləşmiş Ştatlarda təkmilləşdirilməsi və qablaşdırılması barədə “GRAM” ilə saziş bağlayıb. Gözlənildiyinə görə, “GRAM” zavodunda istehsal cari ilin sonunda başlanacaq. Bu, belə işlər üçün adi qrafiki təqribən 9 ay qabaqlamaq deməkdir.

Birləşmiş Ştatlar Danimarkada 5.5 milyon flakon vaksin sifariş edib. Sazişin şərtlərinə görə, “Bavarian Nordic” şirkəti 2.5 milyon flakon vaksin istehsal etməyə imkan verən texnologiyanın GRAM-a verilməsinə razılaşıb.

Xəstəliklərə nəzarət və onların profilaktikası mərkəzlərinin məlumatına görə, Birləşmiş Ştatlarda meymunçiçəyinə yoluxma ilə bağlı 17.432 fakt qeydə alınıb. Ölüm halları olmayıb. Bütün dünyada 47 mindən çox insanda bu xəstəliyə diaqnoz qoyulub.

İlk dəfə 1970-ci illərdə Konqo Demokratik Respublikasında aşkar edilmiş meymunçiçəyi xəstəliyi cari ilin may ayında Böyük Britaniyada qeydə alınıb və o vaxtdan dünyanın bir sıra ölkələrində, o cümlədən Amerikanın 50 ştatının hamısında təsdiqlənib.

MənbəAzertac
Son xəbərlər
Digər xəbərlər