-1 C
Baku
Çərşənbə axşamı, Yanvar 18, 2022

ABŞ milli aviadaşıyıcılara maliyyə yardımlarına başlayıb

ABŞ-ın Maliyyə Nazirliyi, koronavirus (COVID-19) pandemiyasının iqtisadi təsirlərini azaltmaq üçün həyata keçirilən “Maaş Dəstək Proqram”ı çərçivəsində milli aviadaşıyıcılara ilkin olaraq 2,5 milyard ABŞ dolları məbləğində maliyyə dəstəyi verib.

Bu barədə nazirliyin açıqlamasında bildirilir.

Məlumata görə, ilkin yardımı 2 böyük və 54 kiçik aviaşirkət alıb. Onların arasında “American Airlines”, “Delta Airlines”, “United Airlines”, “Southwest Airlines” kimi nəhəng aviadaşıyıcılar var.

“Maaş Dəstək Proqramı” işçiləri dəstəkləmək, ABŞ iqtisadiyyatının vacib bir hissəsi olan hava yolu sənayemizi qorumaq üçün çox vacibdir. Lazımi yardımı təmin etmək üçün sürətlə işləməyə davam edirik”, – Maliyyə naziri Steven Mnuçin bildirib.

©Report

Son xəbərlər
Oxşar xəbərlər