10 C
Baku
Bazar ertəsi, Oktyabr 25, 2021

ABŞ milyarderlərinin sərvəti 4.1 trilyon dollara çatıb

ABŞ-ın 660 milyarderinin ümumi sərvəti koronavirus (COVID-19) pandemiyasının geniş yayılmağa başladığı ötən il martın 3-dən sonrakı 10 ay ərzində 1,1 trilyon dollar və yaxud 36,7% artaraq 4,1 trilyon dollara çatıb.

Bu barədə Vergi Ədaləti naminə Amerikalılar (“Americans for Tax Fairness”) və Siyasət Araşdırmaları İnstitutunun (IPS) birgə bəyanatında bildirilir.

Məlumata görə, sözügedən qərəm aşağı gəlir qrupuna aid 165 milyon amerikalının ümumi sərvətindən 1,7 trilyon dollar çoxdur.

Hesabat dövründə sərvətini ən çox artıran milyarder “Tesla” və “Space X” şirkətlərinin sahibi Elon Musk olub. O, sərvətini 7,3 dəfə artıraraq 179,2 milyard dollara çatdırıb.

Mənbə:Report
Son xəbərlər
Oxşar xəbərlər