6 C
Baku
Monday, December 16, 2024

ABŞ Moldova üçün heç bir hərbi təhlükə görmür

ABŞ hazırda Moldova üçün heç bir hərbi təhlükə görmür.

Bu barədə Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Ned Prays bildirib: “Birləşmiş Ştatlar Moldova ilə uzunmüddətli təzyiqlərə qarşı durmaq üçün siyasi dayanıqlıq yaratmaq naminə yaxından işləyir”.

Onun sözlərinə görə, Vaşinqton Moldovanın demokratik yolla seçilmiş hökumətində sabitliyi pozmaq üçün Rusiyaya aid edilən “sui-qəsd” barədə xəbərlərdən dərin narahatdır.

“Hazırda biz hələ də Moldovaya birbaşa hərbi təhlükə görmürük. Moldovalı tərəfdaşlarımızla sıx təmasdayıq. Biz prezident Maia Sandu qətiyyətlə dəstəkləyirik və yeni hökumətlə əməkdaşlığın davam etdirilməsini səbirsizliklə gözləyirik”, – məlumatda belə qeyd olunur.

MənbəAzertac
Son xəbərlər
Digər xəbərlər