ABŞ administrasiyası Moldovaya 300 milyon dollar məbləğində yardım edəcək.
Bu barədə Ağ Evin rəsmi saytında bəyanat yerləşdirilib.
Bəyanatda deyilir ki, Ağ Ev bu yardımı elektrik enerjisi istehsalını artırmaq, ölkənin büdcə dəstəyini təmin etmək və Moldova ilə Avropa İttifaqı arasındakı əlaqəni inkişaf etdirmək üçün ayıracaq.
Xatırladaq ki, Moldova Prezidenti Maya Sandu Varşavada ABŞ prezidenti Co Baydenlə görüşü zamanı ölkəsinin enerji böhranı yaşaması səbəbi ilə ABŞ tərəfindən maliyyə yardımını artırmaq barədə müraciət edib.