13 C
Baku
Saturday, November 23, 2024

ABŞ Monteneqro ordusuna $23 milyon yardım ayırıb

ABŞ Monteneqro ordusunun təchizatının artırılması və modernləşdirilməsi üçün 23 milyon dollar maliyyə yardımı ayırıb.

Bu barədə Monteneqronun müdafiə naziri Rasko Konyeviç bildirib.

“Birləşmiş Ştatlar hökuməti ABŞ-la ortaq dəyərləri paylaşan və Rusiya-Ukrayna gərginliyi fonunda xarici siyasətini ABŞ və Avropa İttifaqının siyasətinə tam uyğunlaşdıran Monteneqronun ordusu üçün əlavə 23 milyon dollar ayırıb. Bu vəsait Monteneqro ordusunun təchizatının artırılması və modernləşdirilməsinə, NATO-nun potensial hədəflərinə çatmaq və kibermüdafiə sahəsində imkanların gücləndirilməsinə xərclənəcək”, – deyə R.Konyeviç qeyd edib.

Nazir deyib ki, həmin maliyyə vəsaiti ABŞ-ın Ukrayna və potensial təhlükə gördüyü digər ölkələrə yardım üçün ayırdığı 2.2 milyard dollarlıq yeni tranşın bir hissəsidir.

MənbəAzertac
Son xəbərlər
Digər xəbərlər