16 C
Baku
Saturday, November 15, 2025

ABŞ müəyyən məhsulları əlavə rüsumlardan azad edib

Bir çox ölkə ilə ticarətə əlavə rüsumlar tətbiq edən ABŞ administrasiyası mal əti, pomidor, qəhvə, banan, kokos, avokado və ananas kimi müəyyən kənd təsərrüfatı məhsullarını bu tariflərdən azad etmək qərarına gəlib.

ABŞ Prezidenti Donald Tramp müəyyən kənd təsərrüfatı məhsullarını bu ilki ikitərəfli tariflərdən azad edən sərəncam imzalayıb.

Sərəncamda müxtəlif ticarət tərəfdaşları ilə danışıqların vəziyyəti, mövcud daxili tələbat və müəyyən məhsullar üçün istehsal gücü kimi amillərin qiymətləndirildiyi vurğulanıb.

Nəticədə, xüsusilə müəyyən kənd təsərrüfatı məhsullarının ikitərəfli tariflərdən azad edilməsi ilə bağlı qərar qəbul olunub.

Sərəncamda istisnanın 13 noyabr 2025-ci il tarixindən etibarən qüvvəyə minəcəyi və ABŞ Ticarət Nazirliyi və ABŞ Ticarət Nümayəndəliyi Ofisinin vəziyyəti izləməyə davam edəcəyi və lazım gələrsə, əlavə tədbirlər görə biləcəyi bildirilib.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər