14 C
Baku
Monday, May 6, 2024

ABŞ müdafiə naziri İsrailə gedib – Yenilənib

İsrailin Baş naziri Benjamin Netenyahu bu ölkədə səfərdə olan ABŞ müdafiə naziri (Pentaqon rəhbəri) Lloyd Ostinlə İrana qarşı birgə mübarizəni müzakirə edib.

Bu barədə hökumət başçısı tviterdə yazıb.

“Bu gün mən ABŞ-ın müdafiə naziri Lloyd Ostin ilə görüşdüm. Bizim ümumi məqsədimiz İranın nüvə silahı əldə etməsinə mane olmaq, İranın təcavüzünün qarşısını almaq, regionda təhlükəsizliyi və rifahı qorumaqdır”, –  o paylaşımında bildirib.

***

ABŞ müdafiə naziri (Pentaqon rəhbəri) Lloyd Ostin İsrailə gedib.

O, bu barədə tviterdə paylaşım edib.

“Təl-Əvivə yenicə çatdım. Regional sabitliyi təşviq etmək və ümumi təhdidlərə qarşı mübarizə aparmaq üçün İsraillə sıx əməkdaşlığa davam edəcəyik”, – nazir bildirib.

ABŞ müdafiə nazirinin israilli həmkarı Benni Qantzla görüşü gözlənilir.

MənbəReport
Son xəbərlər
 ⁠
Digər xəbərlər