ABŞ-ın müdafiə naziri Lloyd Ostin israilli həmkarı Beni Qantz ilə İranın Rusiyaya pilotsuz uçuş aparatları tədarük etməsini müzakirə edib.
Bu barədə məlumatı Lloyd Ostin öz rəsmi tviter hesabında paylaşıb.
“İsrailin müdafiə naziri Qantz ilə bir sıra məsələlər, eləcə də Rusiyanın Ukraynaya qarşı ədalətsiz müharibəsində İranın pilotsuz uçuş aparatlarından istifadə etməsini müzakirə etdik”, – deyə Pentaqon rəhbəri qeyd edib.