4 C
Baku
Wednesday, February 28, 2024

ABŞ müharibə başlıyandan bəri 100 mindən çox ukraynalı qəbul edib

“Son 5 ay ərzində ABŞ 100 mindən çox ukraynalını qəbul edib”.

Bu barədə ABŞ Daxili Təhlükəsizlik Nazirliyinin məlumatında deyilir.

Bildirilir ki, Prezident Cozef Bayden Rusiya işğalından xilas olmağa çalışan 100 min ukraynalıya və digər şəxslərə sığınacaq verməklə bağlı öhdəlik götürüb: “Bu, “Uniting for Ukraine” proqramı da daxil olmaqla, bir sıra proqramlar vasitəsilə həyata keçirilir”.

Xatırladaq ki, “Uniting for Ukraine” proqramı ABŞ-da maliyyə yardımı göstərəcək şəxsə malik olan, həmçinin bir sıra digər şərtləri yerinə yetirən ukraynalıların 2 ilədək ölkə ərazisində qalmasını nəzərdə tutur. Proqram aprel ayından etibarən həyata keçirilir.

Son xəbərlər
Digər xəbərlər