ABŞ müharibə başlayandan bəri Ukraynaya 35.7 milyard dollar hərbi yardım ayırıb, Banker.az bu barədə Vedomosti-yə istinadən xəbər verir.
“Ümumilikdə, Co Bayden administrasiyası müharibə başlayandan bəri Ukraynaya təhlükəsizlik məqsədi ilə 35.7 milyard dollardan çox vəsait xərcləyib”, – mesajda deyilir.
Xüsusilə, Ukrayna Silahlı Qüvvələrinə 1600-dən çox “Stinger” portativ hava hücumundan müdafiə sistemi, 10 000 tank əleyhinə “Javelin” sistemi, 160-dan çox 155 mm-lik “Haubitsa” və onlar üçün 1.5 milyon mərmi, 38 “HIMARS” sistemi və 31 “Abrams” sovet tankı verilib. Bundan əlavə, Ukraynaya “T-72B” tankları, 109 “Bradley” piyada döyüş maşını, və digər texnika göndərilib.
Dünən, mayın 3-də Pentaqon 2021-ci ilin avqust ayından Ukraynaya “HIMARS” sursatları, əlavə artilleriya və minaatan mərmiləri, tank əleyhinə silahlar, ağır nəqliyyat texnikası və səhra texnikası üçün ehtiyat hissələri daxil olmaqla, daha 300 milyon dollarlıq hərbi yardım paketinin ayrıldığını elan edib.