27 C
Baku
Saturday, July 27, 2024

ABŞ nəyə görə 200 milyon dolları yandırmışdı?

İkinci dünya müharibəsi zamanı Havay adaları üzərində Yaponiya tərəfindən işğal edilmə təhlükəsi yaranmışdı. Pearl-Harbora edilən hücumdan sonra amerikan qüvvələri Havay adalarının işğal ediləcəyi barədə ciddi şəkildə narahat olmağa başladılar. Beləliklə, ada işğal edildiyi halda burada olan 200 000 000 dollar düşmən yapon qüvvələrinin ciblərinə axacaqdı.

Pulların adadan materikə gətirilməsi prosesi çətin olduğundan, pulların yığılıb yandırılması qərarı verildi. Belə bir böyük məbləğin məhv edilməsi prosesi isə o dərəcədə yavaş gedirdi ki, şəkər zavodunun sobaları da bu işə qoşulmuşdu. Yandırılmış pulların əvəzinə digərləri çap edilmişdi. Bu pullar xüsusi olaraq Havay adalarında dövriyyə üçün buraxılmışdı və üzərində Hawaii yazılmışdı.

Son xəbərlər
Digər xəbərlər