21 C
Baku
Friday, September 27, 2024

ABŞ nədə liderlik edir…

1. ABŞ bütün dünyada ən yüksək dustaq sayına sahibdir.

2. «NationMaster»-ə əsasən ABŞ bütün dünyada artıq çəkiyə sahib olan insanların ən yüksək faizinə sahibdir.

3. ABŞ boşanma sayına görə lider ölkə hesab edilir.

4. ABŞ və Böyük Britaniya hər bir insanın həftədə televizor qarşısında keçirtdiyi saatlara görə lider ölkələrdir.

5. ABŞ bütün dünyada narkotik istifadəçilərinin faizinə görə liderlik edir.

6. ABŞ bütün dünyada avtomobillərin qaçırılması üzrə ən yüksək faizə sahibdir.

7. ABŞ bütün dünyada qətillərin sayına görə lider ölkədir.

8. ABŞ bütün dünyada polislərin sayına görə lider ölkə hesab edilir.

9. ABŞ bütün dünyada sağlamlığın qorunmasına xərclədiyi vəsaitlərə görə lider ölkə hesab edilir.

10. ABŞ-da insanlar bütün dünyadakı ölkələrdən fərqli olaraq farmakoloji dərmanların istifadəsinə görə liderlik edir.

11. Amerikada antidepressant qəbul edən qadınların sayı bütün dünyadakından çoxdur və ABŞ lider ölkə hesab edilir.

12. Amerikalıların təhsillərinə sərf etdikləri kreditlər bütün dünyada ən yüksək faiz təşkil edir.

13. ABŞ hərbi qüvvələri planetdəki bütün digər ölkələrdən 7 dəfə daha çox vəsait sərf edir. Faktiki olaraq Amerikanın hərbi xərcləri Çinin, Rusiyanın, Hindistanın və NATO-nun digər hissəsinin sərf etdikləri xərclərdən daha çoxdur.

14. ABŞ-ın xarici hərbi bazarı bütün digər ölkələrdən fərqli olaraq daha çoxdur.

15. ABŞ bütün dünyada ən çətin vergi tutma sisteminə sahibdir.

16. ABŞ dünyada ən çox dövlət borcu olan ölkədir. Bu bəşəriyyətin gördüyü ən böyük borcdur və vəziyyət getdikcə daha da çətinləşir. Hal-hazırda Amerikanın borcu saniyədə 40 000$ sürəti ilə çoxalır.

Son xəbərlər
Digər xəbərlər